AZ   |   RU
ABŞ kəşfiyyatı: “Rusiya qarşıdakı 10 ildə böyük problem olaraq qalacaq”

Rusiya qarşıdakı 10 il ərzində ABŞ üçün böyük problem olaraq qalacaq.

Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu fikirlər ABŞ kəşfiyyatının ölkəyə qarşı “qlobal təhdidlər”lə bağlı illik hesabatının məxfi olmayan versiyasında yer alıb.

Sənəd ABŞ Senatının kəşfiyyat üzrə xüsusi komitəsində keçirilən dinləmələr zamanı açıqlanıb. Dinləmələr açıq, sonra isə bağlı qapılar arxasında keçirilib.

“Moskva qarşıdakı 10 il ərzində əsas sahələrdə ABŞ üçün nəhəng və daha az proqnozlaşdırıla bilən problem olaraq qalacaq, lakin buna baxmayaraq, bir sıra məhdudlaşdırıcı amillərlə üzləşəcək. Rusiya ABŞ və NATO ilə silahlı münaqişəyə can atmır və birbaşa hərbi münaqişə istəmir. Ancaq bunun baş verməsi riski də mövcuddur”.


  • 8-03-2023, 21:35