AZ   |   RU
"Mançester Yunayted" "Bavariya"nın futbolçusunu icarəyə götürüb
İngiltərənin "Mançester Yunayted" klubu Avstriya millisinin və Almaniya "Bavariya"sının futbolçusu Marsel Zabitseri icarəyə götürüb.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano özünün tviter səhifəsində paylaşım edib.

Tərəflər arasında imzalanmış müqavilənin detalları açıqlanmayıb. Anlaşmaya əsasən, "qırmızı şeytanlar" icarə sözləşməsinin müddəti başa çatdıqdan sonra 29 yaşlı yarımmüdafiəçini birdəfəlik transfer edə bilər.

Qeyd edək ki, Marsel Zabitser "Bavariya"ya 2021-ci ilin yayında Almaniya "Leyptsiq"indən 15 milyon avro qarşılığında keçib.


  • 31-01-2023, 23:59