AZ   |   RU
"Kəpəz"in bıçaqlanan azarkeşi əməliyyat olunub, şübhəli şəxs saxlanılıb

Azərbaycan Premyer Liqasının XX turunda "Səbail"lə oyundan sonra bıçaqlanan Rahib adlı "Kəpəz" azarkeşi 1 saylı Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, hazırda onun həyatı üçün təhlükə yoxdur. Hadisəni törətməkdə şübhəli bilinən "Səbail" fanatı isə artıq saxlanılıb.

Xəstəxanada "Kəpəz"in İdarə Heyətinin sədri İlqar Nadiri, millət vəkili Müşfiq Cəfərov, idman direktoru Mehman Allahverdiyev, baş məşqçi Tərlan Əhmədov və çoxlu sayda azarkeş zərərçəkmişi tək buraxmayıblar.


  • 31-01-2023, 23:26