AZ   |   RU
Rusiya Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyib

"Rusiya Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir".

Missiya.Az
“Report”a istinadən Rusiya XİN-ə istinadən xəbər verir ki, bunu XİN başçısı Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Moskva "3+3” layihəsi üzrə işləri davam etdirmək istəyir: “Bu istiqmətdə işlər Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıçla Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubenyanın Moskvadakı görüşündən sonra başlayıb. Biz inanırıq ki, ikitərəfli əlaqələrin inkişafı regional sabitliyə töhfə verəcək”.

  • 30-01-2023, 13:10