AZ   |   RU
Britaniya-Azərbaycan parlamentlərarası qrupu Orxan Əsgərovun ailəsinə başsağlığı verib

Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə Dostluq Qrupu Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı bəyanat verib.

Missiya.Az APA-ya istinadən xəbər verir ki, dostluq qurupu Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın və səfirliyin əməkdaşının öldürülməsi xəbərindən kədərləndiyini və sarsıldığını bildirib.

Açıqlamada həyatını itirən Orxan Əsgərovun ailəsinə başsağlığı verilib və yaralananların tezliklə sağalması arzulanıb.

  • 28-01-2023, 23:08