AZ   |   RU
Türk Ağsaqqalları Birliyinin Gənclər Təşkilatı yaradıldı - TAİB böyük hədəflər yolunda

Bu gün Türk Ağsaqqalları Birliyi - TAİB-in mərkəzi ofisində İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib.

 Missiya.Az
 xəbər verir ki, TAİB sədri, akademik Sudeyif İmamverdiyevin rəhbərliyi ilə keçirilən iclasın gündəliyində TAİB-in yeni strukturunun təsdiqi, Gənclər Təşkilatının yaradılması və cari məsələlərin müzakirəsi olub.
  
Giriş nitqi ilə çıxış edən TAİB-in sədri, YAP Veteranlar Şurasının sədr müavini Sudyeif İmamverdiyev rəhbərlik etdiyi təşkilatın fəaliyyət proqramının uğurla icra olunduğunu qeyd edərək, vətəndaş cəmiyyətinin inkişafı, QHT-lərin yeni dövrün tələblərinə cavab verməsi və daha səmərəli layihələr həyata keçirilməsi üçün dövlətin zəruri dəstək proqramlarından və müasir yanaşı nümunələrindən danışıb. 

TAİB sədri regionda gedən proseslərə də toxunaraq Türk dövlətləri qarşısında yeni üfüqlər açıldığını vurğulayıb və bildirib ki, türk birliyinin möhkəmləndirilməsi tarixi zərurətdir və bu yolda gənclərin də üzərinə böyük məsuliyyət düşür. Sudeyif İmamverdiyev TAİB-in gənclərlə iş istiqamətinə həmişə önəm verdiyini qeyd edərək, yeni yaradılan TAİB Gənclər Təşkilatına böyük ümidlər bəsləndiyini bildirib. 

Sonra səsvermə prosesi başlayıb və İdarə Heyətinin yekdil səsi ilə Sübhan Xıdırzadə TAİB Gənclər Təşkilatının sədri, Daşqın Həsənov və Elgün  Rüstəmli isə sədr müavinləri seçiliblər. İdarə Heyətinin üzvləri Gənclər Təşkilatının 19 nəfərdən ibarət Məclisini də formalaşdırıblar.
Gündəlikdəki digər məsələ- TAİB-in yeni idarəçilik strukturunun təsdiqi də öz müsbət həllini tapıb.
 

Seçki prosesinin ardınca İdarə Heyəti üzvlərinin və qonaqların çıxışı dinlənilib.
 Türkiyədən gəlmiş qonaqlar - Türk Araşdırmalar Mərkəzinin rəhbəri, MHP mənsubu Kenan Çarboğa və türkiyəli siyasi şərhçi Cihad Rahmi Akarın çıxışı iclas iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.






        



  • 8-10-2022, 18:01