AZ   |   RU
TÜRKPA-nın komissiya iclası keçiriləcək

Milli Məclisin deputatları Nizami Cəfərov və Hikmət Məmmədov TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının 11-ci iclasında iştirak etmək üçün mayın 13-də Türkiyə Respublikasının Ankara şəhərinə səfər edəcəklər.


Missiya.Az xəbər verir ki, komissiyanın iclasında “TÜRKPA üzv dövlətləri arasında əmək miqrasiyasının asanlaşdırılması” mövzusunda hesabat məruzəsi dinləniləcək, mövzuya dair tövsiyə qərarı qəbul olunacaq, həmçinin gündəliyin digər məsələlərinə baxılacaq. 


Tədbirdə komissiyanın növbəti iclasının tarixi, yeri və mövzusu müəyyən ediləcək.


Səfər mayın 16-da başa çatacaq.


Missiya.Az



  • 10-05-2024, 17:28