AZ   |   RU
"İsrailin Rəfah əməliyyatı humanitar fəlakətə səbəb olacaq" - Quterreş

 

Təxminən 100 min fələstinli İsrailin əməliyyat keçirəcəyini vəd etdiyi Rəfahdan şimala doğru hərəkət edir.


Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş Nayrobidə mətbuat konfransında bildirib. 


O, Rəfahda böyük quru hücumunun humanitar fəlakətə səbəb olacağını söyləyib.


"Beynəlxalq humanitar hüquq açıq şəkildə qeyd edir: mülki şəxslər qorunmalıdır",- deyə baş katib xatırladıb.


Leyla SƏMƏNDƏR
Missiya.Az






  • 10-05-2024, 17:08