AZ   |   RU
NATO rəsmisi Azərbaycan hərbçilərinin şəhid olması ilə bağlı başsağlığı verib

Ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Quru Qoşunları Komandanlığının qərargah rəisi general-leytenant Mustafa Oğuz martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçularına rəhmət diləyib və onların ailələrinə dərin hüznlə başsağlığı verib.

Missiya.Az
xəbər verir ki, o, başsağlığını bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşündə çatdırıb.

Qeyd edək ki, martın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Quru Qoşunları Komandanlığının qərargah rəisi general-leytenant Mustafa Oğuz ilə görüşüb.

  • 9-03-2023, 14:35