AZ   |   RU
“Regionda baş verə biləcək hər hansı bir gərginlik üçün məsuliyyət Ermənistanın üzərinə düşür” - millət vəkili

“Latviya Respublikasının Prezidenti Egils Levits ilə görüşdən sonra Prezident İlham Əliyevin mətbuata bəyanatından aşağıdakı nəticələri çıxarmaq olar. Strateji tərəfdaş olan bu iki ölkə arasında münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla inkişaf edir. Siyasi dialoq və iqtisadi əməkdaşlığın inkişafı dövlət başçılarının siyasi iradəsinin göstəricisidir. Azərbaycan dövləti Strateji tərəfdaşlıq haqqında bəyannaməni, yaxud sazişləri Avropa İttifaqının 9 üzvü ilə imzalayıb və ya qəbul edib. Bu isə İttifaqın üzvü olan dövlətlərin üçdəbiri deməkdir. Yəni, Azərbaycanın mövqeləri Avropa İttifaqında möhkəm və getdikcə daha da möhkəmlənir”.

Missiya.Az
xəbər verir ki, bu fikirləri millət vəkili Musa Qasımlı qeyd edib. Onun fikrincə,  Azərbaycan Avropa İttifaqı üçün enerji təchizatı sahəsində daha əhəmiyyətli tərəfdaşa çevrilir:

“Avropa ilə Azərbaycanı təkcə enerji təhlükəsizliyi birləşdirmir, daşımalar, təhsil, ticarət kimi digər sahələrdə də əməkdaşlıq vardır. Avropa İttifaqı Azərbyacanın əsas ticarət ortağıdır. Yəni, Azərbaycan Avropa İttifaqı üçün vacib, vazkeçilməz ölkədir. Avropa İttifaqının üzvləri olan dövlətlərin demək olar ki, hamısı eyni zamanda NATO üzvləri olduqlarından, bu, eyni zamanda dünyanın yeganə hərbi-siyasi təşkilatı olan NATO ilə əməkdaşlıq deməkdir. Yəni, NATO ilə əməkdaşlığın böyük potensialı və perspektivləri vardır. Müharibədə qalib gələn Azərbaycan dövləti Ermənistanın vurduğu bütün ziyanlara baxmayaraq, ədavət və düşmənçilik səhifəsini tarixin arxvinə göndərmək, münasibətlərdə yeni səhifə açmaq, gələcəyə baxaraq sülh şəraitində yaşayan Cənubi Qafqazın qurulmasını istəyir. Lakin bu, təkcə Azərbaycandan asılı olan məsələ deyildir. Qarşı tərəf də əməli addımlar atmalıdır. Ona görə də Azərbaycan tərəfi Ermənistan ilə mehriban qonşular kimi sülh şəraitində yaşamaq istədiyi üçün təkliflərini göndərib. Rəsmi İrəvanın düzgün qərarlar qəbul edəcəyinə, təkliflərə müsbət cavab verəcəyinə və vaxt udmağa çalışmayacağına ümid edən Azərbaycan yeni müharibə istəmir. Yəni, regionda baş verə biləcək hər hansı bir gərginlik üçün məsuliyyət Ermənistanın üzərinə düşür. Mehriban qonşular kimi yaşamağın nümunəsini SSRİ dağıldıqdan sonra Baltik ölkələri öz aralarında göstəriblər. Lakin Cənubi Qafqazda buna Ermənistanın əsassız ərazi iddiaları və düşmənçilik siyasəti nəticəsində buna nail oluna bilməyib. Yəni, Baltik modeli Cənubi Qafqaz üçün də qurula bilər”.

Missiya.Az

  • 9-03-2023, 12:50