AZ   |   RU
Almaniyanın xarici işlər naziri: “Putinin nüvə təhdidlərini ciddi qəbul edirik”

Almaniyanın xarici işlər naziri Annalena Burbok Rusiya prezidenti Vladimir Putinin nüvə silahından istifadə ilə bağlı təhdidlərini çox ciddi qəbul etdiyini bildirib.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, bu barədə “Neue Osnacburker Zeitung" nəşri məlumat yayıb.

“Biz onun sözlərini çox ciddi qəbul edirik. Müharibənin 220 günündən artıq müddətdə Vladimir Putin dəfələrlə göstərdi ki, o, ən dəhşətli hərbi cinayətlərdən çəkinmir”, - Burbok bildirib.

Onun sözlərinə görə, Almaniya Ukraynaya dəstəyini davam etdirəcək:

“Əgər Rusiya bu müharibədə qalib gəlsə, yəni Ukraynanı məhv etsə, o zaman nəinki Avropa sülh nizamı bərbad olacaq, heç bir kiçik ölkə artıq təhlükəsiz olmayacaq”.

Baxış sayı: 120
  • 3-10-2022, 22:26