Bazar 25 May 2025 / 10:37:13
                    AZ   |   RU
Ərdoğanla Tokayev regional və qlobal məsələləri müzakirə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Qazaxıstan dövlət başçısı Kasım Jomart Tokayev arasında telefon danışığı olub.


Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyi məlumat yayıb.


Məlumata görə, liderlər ikitərəfli əlaqələri, regional və qlobal məsələləri müzakirə ediblər.


Qeyd olunub ki, telefon danışığı zamanı hər iki lider noyabrda Qazaxıstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Zirvə toplantısının gündəliyinə daxil ola biləcək məsələlər ətrafında fikir mübadiləsi aparıblar.




Daşqın Həsənov
Missiya.Az



  • 2-10-2023, 16:49