AZ   |   RU
Gürcüstanın Müstəqillik Günü münasibətilə Bakıda qala konsert keçirilib


Bakıda Heydər Əliyev Mərkəzində Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş qala konsert keçirilib.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycan və Gürcüstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və mədəniyyət naziri Tinatin Ruxadze salamlama nitqləri ilə çıxış ediblər.

Qala konsert Gürcüstan simfonik orkestrinin, "Music Band" musiqi qrupunun, "Şvidkatsa" ansamblının və məşhur gürcü solistlərinin çıxışları ilə davam edib.

Tədbir Gürcüstanın xarici işlər və mədəniyyət nazirlikləri, eləcə də ölkənin Azərbaycandakı səfirliyi ilə birgə təşkil olunub.




  • Dünən, 21:06