AZ   |   RU
Növbəti zabit heyətinin təkmilləşdirmə kursu uğurla başa çatdı - MN


Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Psixoloq” hərbi uçot ixtisası tədris qrupunun dinləyiciləri ilə keçirilən zabit heyətinin təkmilləşdirmə kursunun növbəti buraxılışı uğurla başa çatıb.

Bu barədə Müdafiə Nazirliyindən Missiya.Az-a bildirilib. Psixoloqların nəzəri bilikləri, ixtisas və fiziki hazırlıqlarının yoxlanılması məqsədilə yekun imtahan keçirilib.

Nəticələrə görə, kursu müvəffəqiyyətlə bitirən dinləyicilərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, keçirilən kursun əsas məqsədi hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, şəxsi heyətin psixoloji vəziyyətinin qiymətləndirilməsi,eləcə də hərbi kollektivlərdə sosial-psixoloji proseslərin öyrənilməsi zamanı onların praktiki bacarıqlarının inkişaf etdirilməsidir.

Zərintac Mayisqızı
Missiya.Az




  • 6-06-2023, 13:49