AZ   |   RU
Rusiyaya məxsus 18 hərbi gəmi məhv edildi - Ukrayna SQ


Rusiya Hərbi Dəniz Qüvvlərinə (HDQ) məxsus ümumilikdə 18 gəmi Ukrayna Silahlı Qüvvələri tərəfindən məhv edilib.

Missiya.Az “Unian“a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri komandanı kontr-admiral Aleksey Neijpapa telemarafonun efirində bildirib.

Onun sözlərinə görə, bu gəmilər təkcə Ukrayna HDQ tərəfindən məhv edilmiş gəmilər və katerlər deyil, həm də Quru Qoşunları və digər bölmələr tərəfindən məhv edilib.

Neijpapa həmçinin onu da əlavə edib ki, digər gəmilər hazırda Rusiya ordusunun nəzarətində olan limanlardadır.

Zərintac Mayisqızı
Missiya.Az


  • 31-05-2023, 15:09