AZ   |   RU
Ermənistanın keçmiş korpus komandiri həbs olunacaq


Ermənistan Silahlı Qüvvələrinin üçüncü ordu korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturov həbs ediləcək.
Missiya.Az xəbər verir ki, bu barədə məlumatı ölkənin Ali Məhkəməsinin mətbuat xidməti təsdiqləyib.

Apellyasiya Məhkəməsi Ermənistan Baş Prokurorluğu tərəfindən Xaçaturovun həbsi ilə bağlı təqdim edilən vəsatəti təmin edib.

Xaçaturov fevralın 20-də saxlanılıb və ona qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə çirkli pulların yuyulması, qanunsuz yolla əldə edilmiş əmlakın leqallaşdırılması ittihamları irəli sürülüb.

Zərintac MAYİSQIZI

Missiya.Az



  • 16-03-2023, 17:56