AZ   |   RU
Türkiyə İlon Maskın yardım təklifini rədd edib


Amerikalı iş adamı İlon Mask Türkiyədə bu gün səhər saatlarında baş verən zəlzələ ilə bağlı açıqlama yayıb.

Missiya.Az xəbər verir ki, “Bloomberg“ə istinadən xəbər verir ki, Türkiyə hökuməti İlon Maskın ölkəyə zəlzələdən sonra yardım üçün “Starlink” peyk rabitə sistemlərini bağışlamaq təklifini qəbul etməyib.

Qeyd edək ki, Amerikalı iş adamı “SpaceX” şirkəti rəsmi Ankaradan icazə alan kimi Türkiyəyə “Starlink” peyk rabitə sistemləri göndərməyə hazır olduğunu bildirmişdi.

Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələ ümumilikdə 10 şəhərdə hiss olunub. İndiyə qədər 76 nəfər həyatını itirib, azı, 440 yaralı var.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 6-02-2023, 17:02