AZ   |   RU
Rusiyanın müharibədə itkiləri 130 min əsgəri ötüb
Rusiya Ukrayna müharibəsi, təxminən 130.590 rus hərbçsinin ölümünə səbəb olub.

Missiya.Az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Məlumatda bildirilir ki, Ukrayna qırıcıları son sutka ərzində daha 720 rus əsgərini məhv edib.

Xatırladaq ki, “The New York Times” qəzeti Rusiyanın müharibədəki itkilərinin 200 minə çatdığını bildirmişdi.

Leyla SƏMƏNDƏR
Missiya.Az
 

  • 4-02-2023, 11:58