AZ   |   RU
Nyu-Yorkda Qurani-Kərimin yandırılmasına qarşı etiraz aksiyası keçirilib
 
ABŞ-ın Nyu-York şəhərindəki İsveç Baş Konsulluğu qarşısına toplaşan müsəlmanlar ifrat sağçı siyasətçi Rasmus Paludanın İsveçdəki Stokholm səfirliyi qarşısında Quranı yandırmasına etiraz ediblər.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə vətəndaşları daxil olmaqla amerikalı müsəlmanlar İsveçin Baş Konsulluğun binası qarşısında üzərində Quran yazılmış qara çələng qoyublar.

Nümayəndəlik qarşısında namaz qılan etirazçılar, “Biz bütün müqəddəs kitablara hörmət edirik”, “Quran və İncili yandırmayın, onları oxuyun”,-şüarlarını səsləndiriblər.
  
Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 30-01-2023, 12:09