AZ   |   RU
“Putinlə münasibətlərim dürüstlük üzərində qurulub” - Ərdoğan

"Rusiya ilə münasibətlərimizdə qarşılıqlı hörmət var. Rusiya prezidenti Vladimir Putinlə münasibətlərim dürüstlük üzərində qurulub”.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Biləcikdə ictimaiyyət və gənclər təşkilatlarının nümayəndələri ilə görüşü zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildirib ki, Tatarıstandan Dağıstana və bütün bu bölgələrə qədər bizim istəklərimizə cavab var. 

“Hazırda Suriyanın şimalında heç bir inkişaf yoxdur. Təbii ki, istədiyimiz nəticəni əldə edə bilməsək də, Türkiyə, Rusiya, Suriya olaraq üçtərəfli formatda görüşlərin keçirilməsini müzakirə edirik. Rusiya,Türkiyə,Suriya üçlüyü olaraq bir araya gələk. Hətta İranı da bura daxil edə bilərik.İran da gəlsin danışıqlarımızı belə aparaq və bölgəyə sülh gətirək.Bölgə indiki çətinlikləri yaşamasın”, - deyə Türkiyə lideri vurğulayıb.
 


Daşqın Həsənov
Missiya.Az


  • 30-01-2023, 10:13