AZ   |   RU
"Ukraynaya Qərb istehsalı olan döyüş tanklarının verilməsi çox vacibdir” - Stoltenberq

“Rusiyanın irəliləyişlərini dəf etmək üçün Ukraynaya Qərb istehsalı olan döyüş tanklarının verilməsi çox vacibdir”.

Missiya.Az
“UNİAN”a istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius ilə birgə mətbuat konfransı zamanı NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Stoltenberq bildirib ki, müttəfiqlər Ukraynanı döyüş tankları və daha çox zirehli texnika, o cümlədən piyadaların döyüş maşınları ilə təmin etmək qərarına gəliblər.

"Bizə lazım olan daha ağır və müasir silahlardır. Müttəfiqlər artıq tədarük edəcəklərini açıqlayıblar. Fransa yüngül döyüş tankları, Böyük Britaniya isə müasir "Challenger 2" əsas döyüş tankını tədarük edəcəyini açıqlayıb”, - deyə siyasətçi vurğulayıb.

Stoltenberq qeyd edib ki, bütün bunlar Ukraynanın döyüş qabiliyyətinə böyük töhfə verəcək. 


Daşqın Həsənov
Missiya.Az


  • 24-01-2023, 16:00