ABŞ prezidenti Co Baydenin Strateji Neft Ehtiyatı üzərində səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsinə veto qoyacaq.
Missiya.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Ağ Evdən açıqlama yayılıb.
Ağ Evin sözçüsü Karine Jean-Pierre mətbuata açıqlamasında qanun layihəsinin Respublikaçıların "ekstremist siyasətlərinin bir hissəsi olduğunu" iddia edərək, qanun layihəsinin işləyən ailələri maliyyə çətinliyi ilə üz-üzə qoyacağını, yalnız varlı vergi ödəyiciləri və böyük korporasiyalara fayda gətirəcəyini bildirib.
Sözçü, layihənin ABŞ-ın maliyyə imkanlarını daraldacağını da vurğulayıb.
Leyla SƏMƏNDƏR
Missiya.Az