AZ   |   RU
Almaniyanın yeni müdafiə naziri vəzifəsinin icrasına başladı
 
Almaniyanın yeni müdafiə naziri Ukraynaya tankların çatdırılması üçün edilən təzyiqlər altında öz vəzifəsinə başlayıb.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, Boris Pistorius müdafiə naziri olduqdan sonra verdiyi ilk açıqlamada gözləntiləri qarşılamağa hazır olduğunu bildirib.

Avropada Rusiya-Ukrayna müharibəsi ilə qeyri-sabitliyin artdığı bir vaxtda vəzifəyə başlayan Almaniyanın yeni müdafiə naziri Boris Pistorius Kiyevə Leopard 2 tankları kimi ağır silahların göndərilməsi və “qeyri-kafi” Alman silahlı qüvvələrinin modernləşdirilməsi üçün təzyiqlə üzləşib.

Qeyd edək ki, 2013-cü ildən sonra ölkənin ilk kişi müdafiə naziri olan Pistorius yanvarın 19-da Bundestaqda and içib.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 24-01-2023, 15:03