AZ   |   RU
“Türkiyə Rusiya ilə Ukrayna arasındakı münaqişənin həlli üçün fəal səylərini davam etdirir” – Hulusi Akar

“Suriyada 11 ildir davam edən qanlı qarşıdurmadan sonra iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin bərpası məsələsi gündəmə gəlib”.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Ümid edirik ki, qarşılıqlı görüşlər vasitəsilə dialoq inkişaf edəcək və regionda sülh və sabitliyə töhfə verəcək”, - deyə Akar vurğulayıb.

Akar bildirib ki, Türkiyə Rusiya ilə Ukrayna arasındakı münaqişənin həlli üçün fəal səylərini davam etdirir.

Türkiyə, Rusiya və Əsəd rejiminin müdafiə nazirləri arasında ikinci görüş ehtimalı ilə bağlı sualı cavablandıran Akar bu sözləri deyib: “Ankara bölgədə sülh və sabitliyin bərqərar olmasına, eləcə də suriyalı qaçqınların öz yerlərinə könüllü və təhlükəsiz qayıtmasına ümid edir”.

Dialoqun Suriya Azadlıq Ordusu üçün nəticələri ilə bağlı sualı cavablandıran nazir qeyd edib ki, Türkiyə Suriya müxalifətinə zərər verə biləcək heç bir addım atmayıb və atmayacaq.

“Ona görə də müxalifət şüurlu hərəkət etməli, təxribatlara boyun əyməməlidir”, - deyə türkiyəli nazir əlavə edib.
 

Daşqın Həsənov
Missiya.Az


  • 10-01-2023, 15:07