AZ   |   RU
“Rusiya nüvə silahının istehsalını davam etdirəcək” - Şoyqu

“Rusiya ölkənin suverenliyini təmin etmək üçün nüvə silahının istehsalını davam etdirəcək”.

Missiya.Az
“The Guardian”a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

“Biz nüvə triadasını inkişaf etdirməyə və onun döyüş hazırlığını qorumağa davam edəcəyik. Çünki nüvə qalxanı dövlətimizin suverenliyi və ərazi bütövlüyünün əsas qarantı olub və olaraq da qalır”, - deyə Şoyqu bildirib.

Rusiyalı nazir qeyd edib ki, biz həmçinin aerokosmik qüvvələrin döyüş imkanlarını artıracağıq. “Həm müasir hava hücumundan müdafiə sistemlərinin işlədiyi ərazilərdə qırıcı və bombardmançı təyyarələrin işi, həm də pilotsuz uçuş aparatlarının təkmilləşdirilməsi baxımından bunu edəcəyik”, - deyə Şoyqu vurğulayıb.
 

Daşqın Həsənov
Missiya.Az


  • 10-01-2023, 14:40