AZ   |   RU
ABŞ İsrail HHQ-nin xarici vətəndaşlığı olan pilotlarına F-35 təyyarələrindən istifadə etməyi qadağan edib

ABŞ administrasiyası xarici vətəndaşlığı olan İsrail pilotlarına F-35 qırıcı təyyarələrindən istifadə etməyi qadağan edib.

Missiya.Az
“TRT HABER”ə istinadən xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Bildirilir ki, ABŞ Müdafiə Nazirliyi informasiya təhlükəsizliyi və texnoloji sızmalardan ehtiyyat edərək, İsrail Hərbi Hava Qüvvələrinin xarici vətəndaşlığı olan pilotlarına F-35 təyyarələrindən istifadə etməyi qadağan edib.

“Vaşinqtonun bu addımı ABŞ-ın maraqlarının qorunması və informasiya təhlükəsizliyinə artan təhlükə ilə bağlıdır”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, İsrail hökuməti hələlik məsələ ilə bağlı açıqlama verməyib.


Daşqın Həsənov
Missiya.Az


  • 10-01-2023, 14:30