AZ   |   RU
“Laçın dəhlizinin bağlanması ilə bağlı Qarabağda böyük qorxu var” - Paşinyan

“Qarabağda Azərbaycan tərəfinin Laçın dəhlizini qapadması ilə bağlı böyük qorxu var”.

Missiya.Az
“Hraparak” qəzetinə istinadən xəbər verir ki, bunu Bişkekdə Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı Ermənistan baş naziri Nikol Paşinyan deyib.

“Təəssüf ki, regionumuzda vəziyyət gərgin olaraq qalır. Əsas problem təbii ki, Qarabağ məsələsinin həllidir. Biz Qarabağda, Rusiya sülhməramlılarının məsuliyyəti sahəsində də gərginliyin artdığını görürük. Əminəm ki, bu yaxınlarda Laçın dəhlizinin bağlanmasından xəbəriniz var. Bununla bağlı Qarabağda böyük qorxu var”, - deyə Paşinyan bildirib.
 

Daşqın Həsənov
Missiya.Az


  • 9-12-2022, 17:32