AZ   |   RU
İngiltərə, İtaliya və Yaponiya süni intellektlə işləyən döyüş təyyarələri istehsal edəcəklər
 
Böyük Britaniyanın Baş naziri Rişi Sunak, İtaliya və Yaponiya ilə 2035-ci ilə qədər süni intellektdən istifadə edərək "ağıl oxuyacaq" yeni bir döyüş təyyarəsi istehsal etmək üçün razılaşdıqlarını açıqlayıb.

Missiya.Az
“CNN-Türk”ə istinadən xəbər verir ki, Baş nazir birgə müəssisənin Böyük Britaniyada minlərlə iş yeri yaradacağı və təhlükəsizlik sahəsində əməkdaşlığı yaxşılaşdıracağını bildirib.

Üç ölkə yeni nəsil döyüş təyyarəsinin 2030-cu illərin ortalarına qədər istifadəyə verilməsini hədəfləyir. Beləliklə, yeni tip döyüş təyyarəsi Tayphoon tipli döyüş təyyarələrini əvəz edəcək.

Yeni döyüş təyyarəsinin Britaniyanın Tempest və Yaponiyanın FX döyüş təyyarələrinin xüsusiyyətlərini birləşdirəcəyi də açıqlanıb. Yeni təyyarə həm də ən qabaqcıl silah sistemlərinə sahib olacaq.

Təyyarənin pilotsuz uça bilməsi və lazım gəldikdə hipersəs raketləri buraxması hədəflənir.
 
Leyla SƏMƏNDƏR
Missiya.Az


Baxış sayı: 128
  • 9-12-2022, 16:35