AZ   |   RU
“Biz regionda sabitliyin qorunub saxlanmasında maraqlıyıq” - Şoyqu

Ermənistan Rusiyanın KTMT-də müttəfiqi, Transqafqazda isə mühüm strateji tərəfdaşıdır.

Missiya.Az
“Hraparak” qəzetinə istinadən xəbər verir ki, bunu ŞƏT-in müdafiə idarələri rəhbərlərinin iclası çərçivəsində Rusiyanın müdafiə naziri Sergey Şoyqu ermənistanlı həmkarı Suren Papikyanla görüş zamanı deyib.

“Biz regionda sabitliyin qorunub saxlanmasında son dərəcə maraqlıyıq və bunun üçün əlimizdən gələni edirik. Biz ikitərəfli əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət veririk. Həmçinin Ermənistan Silahlı Qüvvələrinin potensialının artırılmasına da dəstək veririk”, - deyə Şoyqu bildirib.

Qeyd olunub ki, Şoyqu və Papikyan iki ölkənin müdafiə nazirliklərinin 2023-cü il üçün əməkdaşlıq planını da təsdiqləyiblər.


Daşqın Həsənov
Missiya.Az
 
 


  • 9-12-2022, 15:31