AZ   |   RU
EkoAvrasiya Fondu TAİB-i təltif etdi - Ankarada Hikmet Erenle görüş - Fotolar

Anakarada səfərdə olan Türk Ağsaqqalları İctimai Birliyi nümayəndələri EkoAvrasiya Fondunun İdarə Heyətinin sədri Hikmet Erenlə görüşüblər.

Missiya.Az
xəbər verir ki, Fondun mərkəzi ofisində keçirilən görüşdə qonaqları səmimiyyətlə salamlayan qurumun İdarə Heyətinin sədri Hekmet Eren əvvəlcə "EkoAvrasiya"nın fəaliyyəti,  həyata keçirdiyi layihələr, müxtəlif ölkələrdə vətəndaş cəmiyyəti institutları və dövlət qurumları ilə yaradılmış əlaqələr barədə ətraflı məlumat verib. Fond rəhbəri qeyd edib ki, münasibətlər çoğrafiyasında Azərbaycan xüsusi yer tutur. 

Qardaş ölkənin ictimai təşkilatları ilə birgə gerçəkləşdirilmiş layihələrdən söz açan Hikmet Eren əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd edib. 

Fond rəhbəri bildirib ki, həm Azərbaycan, həm də Türkiyə mediasında TAİB-in fəaliyyəti və reallaşdırdığı tədbirlər barədə məlumatlara tez-tez rast gəlir.  "Belə bir sistemli və ardıcıl fəaliyyəti olan təşkilatla əməkdaşlığımız əlaqələrin inkişafına töhfələr verə bilər" deyən Hikmet Eren Azərbaycanın uğurlarından və öz hədəflərinə doğru inamla irəliləməsindən dolayı məmnunluq hissi keçirdiklərini də vurğulayıb.

Hikmet Eren TAİB həmsədri Hulusi Kılıçın Türk xalqları arasında əlaqələrin inkişafı istiqamətində göstərdiyi fəallığa da diqqət yönəldərək onun ümumtürk maraqlarına xidmətinin nümunəvi olduğunu deyib.

TAİB nümayəndələri EkoAvrasiya Fondunun İdarə Heyətinin sədrinə göstərdiyi diqqətə və yüksək ehtiramına görə təşəkkür edərək Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfransda Fondun da yaxından iştirak edəcəyinə ümid etdiklərini bildiriblər. Eyni zamanda o da vurğulanıb ki, TAİB də Türkiyənin ictimai təşkilatları ilə birgə layihələrdə maraqlıdır. "İnanırıq ki, əməkdaşlıq müstəvisində EkoAvrasiya Fondu da xüsusi yer tutacaq" deyə, TAİB rəsmiləri qeyd edib. 

Hikmət Eren bildirib ki, TAİB-in təşkilatçılığı ilə keriləcək "Heydər Əliyev 100" konfransına Fond öz dəstəyini əsirgəməyəcək. 

Mümkün birgə layihələr ətrafında müzakirələrin aparıldığı görüşün sonunda Türk dünyasının mədəni bütünləşməsinə və tarixi qadaşlıq münasibətlərinə verdiyi töhfələrə görə TAİB-ə EkoAvrasiya Fondunun xüsusi təşəkkür plaketi təqdim olunub.

Görüşdə EkoAvrasiya Fondunun İdarə Heyətinin sədr müavini Kemal Kurnaz da iştirak edib.

Elcan
Missiya.Az 




  • 9-12-2022, 13:24