AZ   |   RU
Lukaşenko amnistiya qanununu imzalayıb
 
Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə bəzi məhkumlar üçün amnistiya qanunu imzalayıb.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, Lukaşenkonun imzaladığı amnistiya qanunu yalnız “cəza müddəti ərzində müsbət keyfiyyətə malik olan və islah yoluna qədəm qoyan” məhkumlara şamil ediləcək.

Müvafiq olaraq, qanun çərçivəsində 6000-dən çox məhkumun azadlığa buraxılması planlaşdırılır.

Bundan əlavə, sözügedən qanuna əsasən, təxminən 4 min məhkumun cəza müddəti 1 il azalacaq.

Amnistiya qanunu terrorçuluq və ekstremizmdə ittiham olunan məhbusları əhatə etməyəcək.
 
Leyla SƏMƏNDƏR
Missiya.Az


Baxış sayı: 204
  • 8-12-2022, 17:54