AZ   |   RU
TAİB nümayəndələri Türkiyə Qəzetçilər Cəmiyyətini ziyarət ediblər - Fotolar
             
Ankarada tanınmış qələm sahibləri ilə Güney Azərbaycan müzakirələri aparılıb

Ankarada səfərdə olan TAİB nümayəndələri bu gün Türkiyə Qazeteciler(Jurnalistlər) Cemiyyətinin baş ofisini ziyarət ediblər.

Cəmiyyətin rəhbər heyəti, Türkiyənin tanınmış qələm adamları tərəfindən isti qarşılanan TAİB nümayəndələri Ankaraya səfərin məqsədi, təşkilatın məqsəd və məramları, eləcə də qarşıdakı layihələr barədə ətraflı söhbət açıblar. 

Qeyd olunub ki, Azərbaycan və Türkiyə mediası arasındakı əlaqələrin inkişaf dinamikası ürəkaçandır və bu gün qardaş ölkələrin informasiya məkanında "Bir millət iki dövlət" prinsipinə əsaslanan yanaşmalar aydın şəkildə müşahidə olunmaqdadır. 

Türkiyə mediasının 44 günlük Vətən Müharibəsində nümayiş etdirdiyi heyrətamiz dəstəyi xatırladan TAİB nümayəndələri Ankaraya səfərin növbəti il Türkiyədə Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı təşkil olunacaq beynəlxalq konfransa hazırlıq məqsədi daşıdığını bildiriblər. Eyni zamanda,Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar Bakıda təşkil olunacaq konfransa hazırlıqların da başlandığı qeyd olunub. 

Türkiyə Qazetecilər Cəmiyyətinin təmsilçiləri hər iki konfransda yaxından iştirak etməyə hazır olduqlarını deyiblər.

TAİB nümayəndələrinin Ankara səfərində qonaq kimi iştirak edən "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu türkiyəli həmkarlarına Güney Azərbaycanla bağlı çağırış edib. O qeyd edib ki, Güney Azərbaycan Türklərinin hüquq və azadlıqlarının təminatı, fars-molla rejiminin həyata keçirdiyi repressiv siyasət və sair bu kimi məsələlərə Türkiyə mediasının xüsusi diqqət ayırmasına ehtiyac var. 

Türkiyəli qələm adamları İranda baş verənləri diqqətlə izlədikkərini və xüsusən oradakı Azərbaycan türklərinin təzyiq və təqiblər altında olmasına dair informasiyalarla müntəzəm olaraq qarşılaşdıqlarını bildiriblər.

TAİB nümayəndələri Cəmiyyətin binasında yaradılmış çəkiliş və səsyazma studiyası, rəsm qalereyası, eləcəcə də kofrans və brifinqlər üçün nəzərdə tutulan otaqlarla tanış olublar.

Xatırladaq ki, TAİB-in nümayəndə heyətinə sədr, akademik Sudeif İmamverdiyev, Türk dünyası üzrə həmsədr Hulusi Kılıç, İdarə Heyətinin üzvü Məcid Hacıyev, "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu, TAİB İcra Aparatının rəhbəri Nicat Dağlar və TAİB sədrinin xarici əlaqələr üzrə müavini Elnur Eltürk daxildir.




Baxış sayı: 150
  • 7-12-2022, 17:18