AZ   |   RU
İsveçrə Birləşmiş Federal Məclisi yeni prezident seçib

Dekabrın 7-də İsveçrədə Birləşmiş Federal Məclis yeni federal hökuməti seçib.

Missiya.Az
Xarici KİV-ə istinadən xəbər verir ki, federal hökumətin üzvü, vitse-prezident Alen Berset növbəti bir il müddətinə Federal Prezident vəzifəsinə seçilib.

Federal Məclisdə 232 nümayəndədən 140 nəfər onun lehinə, 41 nəfər əleyhinə səs verib, 46 nümayəndə seçki vərəqəsini boş, beş nəfər isə etibarsız şəkildə təhvil verib.

Seçkilərdə hökumətin tərkibinə yeni üzvlər də seçilib. Belə ki, səlahiyyət müddəti başa çatan Simonetta Sommaruqanın yerinə Yura kantonunu təmsil edən Elizaet Baume-Şnayder seçilib. O, səsvermənin üçüncü turunda rəqibi Eva Hersoq üzərində (123 səsə qarşı 116 səs) qalib gəlib.

Federal hökumətin digər üzvü Ueli Maurerin postuna isə Bern kantonunun təmsilçisi Albert Rösti seçilib. O, ilk turda rəqibi Hans-Ueli Foqt üzərində qələbə çalıb.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 7-12-2022, 16:08