AZ   |   RU
İsveçdən Ukraynaya generator və transformator yardımı

İsveç Ukraynaya 9,63 milyon dollar dəyərində 180 tondan çox generator və transformator tədarük edib.

Missiya.Az
xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Tobias Billström “TT Xəbər Agentliyi”nə müsahibəsində bildirib. Məlumata görə, nazir İslandiya və Latviyalı həmkarları ilə birlikdə Kiyevdə olub.

O, qeyd edib ki, İsveç münaqişə bitənə qədər Ukraynaya siyasi, hərbi, maliyyə və humanitar dəstək verməyə davam edəcək.

Noyabrın 24-də Avropa Komissiyası Avropa İttifaqı ölkələrini Ukraynaya kütləvi şəkildə  gərginliyi yüksək olan transformatorlar və elektrik generatorları göndərməklə ölkəyə kömək etməyə çağırıb.

Zərintac MAYİSQIZI
Missiya.Az


Baxış sayı: 115
  • 28-11-2022, 17:43