AZ   |   RU
Suriyada düşərgələrdə yaşayanlara səhiyyə xidməti göstəriləcək
 
Suriyanın İdlib əyalətində Küveyt mərkəzli yardım təşkilatı, İnsan Haqları və Azadlıqları Humanitar Yardım Fondu və Beynəlxalq Həkimlər Dərnəyi tərəfindən tikintisi başa çatdırılan sağlamlıq mərkəzi istifadəyə verilib. 

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, mərkəzdə qadın və uşaq sağlamlığı, stomatoloji poliklinika, təcili yardım kimi bölmələr fəaliyyət başlayıb. Düşərgədə pulsuz səhiyyə xidməti göstəriləcək.

Təxminən 6 aya inşa olunan mərkəzinin xidmətlərindən 50 min insan faydalanacaq.

Leyla SƏMƏNDƏR
Missiya.Az


Baxış sayı: 96
  • 28-11-2022, 17:15