AZ   |   RU
Zelenski israilli həmkarı ilə danışıb

Ukrayna prezidenti Vladimir Zelenski ilə israilli həmkarı İsxak Hersoq arasında telefon danışığı olub.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Zelenski özünün “tviter” hesabında məlumat yayıb.

Zelenski İsraildə yeni hökumət qurulduqdan sonra Ukrayna-İsrail əməkdaşlığının dərinləşəcəyinə ümid etdiyini bildirib.

Zelenski Hersoqa Ukraynanın enerji sektoruna olan ehtiyacları barədə məlumat verib və İsraili Qara Dəniz Taxıl Təşəbbüsünə qoşulmağa dəvət edib.


Daşqın Həsənov
Missiya.Az


  • 24-11-2022, 17:20