AZ   |   RU
“İlin Ən Yaxşı Televiziya Kanalı Mükafatı”nı Haber Global qazandı

BHS Group və Türkiyə - Azərbaycan Strategiya və İqtisadiyyat Klubunun təşkilatçılığı ilə keçirilən mərasimdə 5-ci Türkiyə-Azərbaycan Qardaşlıq Mükafatları öz sahiblərini tapıb.

Missiya.Az
xəbər verir ki, “İlin ən yaxşı televiziya kanalı” mükafatına “Haber Global” layiq görülüb. 

Mükafatı alan “Haber Global”ın əməkdaşı Emre Buga: “Azərbaycanın səsinə, nəfəsinə şərik olmaq, müharibənin hər cəbhəsində yaşadıqlarını ekrana göstərə bilmək son dərəcə şərəflidir. O, oradakı əsgərlərlə birlikdə hər saniyə böyük təhlükə altında idi və bizim müxbirlər cəbhədə idi. Beləliklə, aylarla, həftələrlə ailələrindən uzaqda qaldılar. Mən bu mükafatı operator və reportyor dostlarımız adından alıram”, - deyə bildirib.

Qeyd olunub ki, mərasimdə iki qardaş ölkənin siyasətçiləri, iş dünyası, sənət adamları, media və ictimaiyyət nümayəndələri  bir araya gəliblər.

Zərintac MAYİQIZI
Missiya.Az




Baxış sayı: 80
  • 24-11-2022, 16:40