AZ   |   RU
SEPAH üzvü öldürülüb

İranın Mərivan şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun 1 üzvü qəzəbli etirazçılar tərəfindən öldürülüb.

Missiya.Az
“haber7com”a istinadən xəbər verir ki, bu barədə İran hakimiyyətinə yaxın media məlumat yayıb.

“Əli Fəttahi Kürdüstan əyalətinin Mərivan şəhərində rejim əleyhdarı qüvvələrinin hücumuna məruz qalıb. Fəttahi yaşadığı evinin qarşısında kimliyi hələlik müəyyən edilməyən bir şəxs tərəfindən güllələnib”, - deyə məlumatda bildirilir.

Qeyd olunub ki, sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan rejim əleyhinə nümayişlərdə 60-a yaxın təhlükəsizlik işçisi həyatını itirib.


Daşqın Həsənov
Missiya.Az
 


Baxış sayı: 68
  • 24-11-2022, 15:38