İranda Məhsa Əmininin ölümündən sonra başlayan etirazlarda təhlükəsizlik qüvvələri tərəfindən dinc sakinlər qətlə yetirilir.
Missiya.Az xəbər verir ki, “Reuters”in məlumatına görə, iranlı fəallar 17 yaşlı Nika Şəkərəminin Tehrandakı aksiyalar zamanı təhlükəsizlik qüvvələri tərəfindən döyülələrək öldürüldüyünü bildiriblər. Habelə, etirazlar səbəbindən də minlərə insan həbs olunur.
İranın dövlət mediasında yer alan məlumatlarda Şəkərəminin ölümünün araşdırıldığı bildirilib.
Qeyd edək ki, İran İnqilab Keşikçiləri Korpusunun baş komandanının müavini Əli Fedevi bildirib ki, Məhsa Əmininin ölümündən sonra keçirilən etiraz aksiyaları zamanı saxlanılanların əksəriyyətinin orta yaş həddi 15-dir.
Xatırladaq ki, sentyabrın 13-də Tehranda “əxlaq polisi” tərəfindən saxlanıldıqdan sonra səhhətində yaranan problemə görə xəstəxanaya aparılan 22 yaşlı Məhsa Əmini sentyabrın 16-da vəfat edib. Onun ölümü ölkədə böyük hiddətə səbəb olub.
Zərintac MAYİSQIZI
Missiy.Az