AZ   |   RU
Türkiyə ilə Yunanıstan arasında müharibə olarsa... – “Ölkəmiz müflis olacaq, 100 il geri düşəcəyik”

“Türkiyə ilə qarşıdurma olacağı təqdirdə Yunanıstanın qalib gəlmək şansı olmayacaq”.

Missiya.Az
Türkiyə KİV-nə istinadən xəbər verir ki, o bu sözləri Keçmiş müdafiə departamentinin rəhbəri və Yunanıstan Baş Qərargahının eks rəisi Evangelos Apostolakis "Parapolitika"ya müsahibəsində deyib.

O, bildirib ki, Türkiyə ilə münaqişə yaranacağı təqdirdə Yunanıstan "müttəfiqliklərə baxmayaraq, tək qalacaq".

“Heç kim bizə kömək etməyəcək. Tutaq ki, müttəfiqlərimiz bizi dəstəkləyirlər, kürəyimizə vururlar, haqlı olduğumuzu bəyan edirlər, bəzi silah sistemləri göndərirlər. Müharibə olacağı təqdirdə, Yunanıstan 100 il geriyə atılacaq. Ölkəmiz müflis olacaq və vətəndaşlarını itirəcək. İndi əsas məsələ bu yolla getməməkdir. Belə bir nəticənin qarşısını almaq üçün Afinanı dəstəkləyən bütün qüvvələrin daha effektiv reaksiya verməsi lazımdır”, - deyə Apostolakis vurğulayıb.

Keçmiş nazir xəbərdarlıq edib ki, Türkiyə ilə mümkün hərbi qarşıdurma böyük dağıntılara səbəb ola bilər.


Daşqın Həsənov
Missiya.Az


  • 5-10-2022, 10:56