AZ   |   RU
Ukrayna prezidentinin xanımı Türkiyəyə təşəkkür etdi – Əminə Ərdoğanla görüş

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın güclü liderliyi və diplomatik bacarığı, xüsusilə onun səyləri ilə yaradılmış “taxıl dəhlizi” dünyanı böyük ərzaq böhranından xilas edib”.

Missiya.Az
haber7.com-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenskinin xanımı, Yelena Zelenskaya deyib. İstanbulda Türkiyə prezidentinin xanımı Əminə Ərdoğanla görüşən Yelena Zelenskaya Ukraynada baş verən hadisələr, eləcə də onun adını daşıyan fondun işi barədə də danışıb. O, həyat yoldaşı Volodimir Zelenskinin Ukraynaya göstərilən dəstəyə görə təşəkkür məktubunu  Əminə  Ərdoğana çatdırıb. Türkiyənin 1300 ailəsiz ukraynalı usagı qəbul etməsindən məmnunluğunu ifadə edən Zelenskaya xüsusi qayğıya ehtiyacı olan 200-ə yaxın uşağın təxliyəsi və Türkiyəyə gətirilməsi üçün də yardım istəyib.

Qeyd edək ki, Türkiyənin birinci xanımı görüşdən sonra öz Tvitter hesabında bunları yazıb: "Ukrayna prezidentinin həyat yoldaşı, əziz dostum Yelena Zelenskayanı İstanbulda qonaq etməkdən xoşbəxt oldum. İnanıram ki, Ukrayna xalqının yaralarını sağaldacağıq. Türkiyə prosesin başındadır”.

Zərintac MAYİSQIZI
Missiya.Az



Baxış sayı: 110
  • 3-10-2022, 11:24