AZ   |   RU
Putin: "Qərb bizi azad cəmiyyət yox, qullar dəstəsi kimi görmək istəyir"

Prezident Vladimir Putin Ukraynanın Xerson, Zaporijjya, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edərkən Rusiyanın dörd yeni regionunun yarandığını bəyan edib.
 
Missiya.Az
xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
 
“Bu dörd bölgənin birləşdirilməsi milyonlarla insanın iradəsidir və, BMT nizamnaməsində qeyd olunduğu kimi, bu onların hüququdur. Biz bütün gücümüzlə torpağımızı qoruyacağıq və insanların təhlükəsizliyini təmin etmək üçün hər şeyi edəcəyik”, - deyə Putin çıxışında vurğulayıb.
 
Putin bildirib ki, Ukryna hakimiyyəti xalq iradəsinin ifadəsinə hörmət etməlidir.
 
“Donbas xalqı Kiyev rejimi tərəfindən həyata keçirilən qeyri-insani terror hücumlarının qurbanı olub”, - deyə Rusiya prezidenti qeyd edib.
 
Putin daha sonar çıxışına bu sözlərlə davam edib: “Qərb bizi vurmaq üçün yeni imkanlar axtarır və onlar həmişə dövlətimizi bir-biri ilə vuruşacaq kiçik dövlətlərə parçalamaq arzusunda olublar. Onlar bizi azad cəmiyyət yox, qullar dəstəsi kimi görmək istəyirlər. Qərb ölkələri Krımda insanların seçiminə çox qəzəblidir. Ona görə də onlar hesab edirlər ki, insanların öz müqəddəratını təyin etmək hüququ yoxdur. Qərb elitası həmişə belə olub. Onlar müstəmləkəçi olublar və elə də olaraq qalırlar. Ayrıseçkilik edirlər, millətləri birinci və ikinci siniflərə bölürlər”.


Daşqın Həsənov
Missiya.Az


  • 30-09-2022, 17:12