AZ   |   RU
Sofiyada ildırım can aldı - 3 ölü, 1 yaralı

Bolqarıstanın paytaxtı Sofiyada ildırım vurması nəticəsində 3 nəfər həyatını itirib, 1 nəfər isə ağır yaralanıb.

Missiya.Az
haberglobal.com-a istinadən xəbər verir ki, onlar  yağışdan qorunmaq üçün ağacın altına sığınıblar. Lakin, ildırım təsirsiz ötüşməyib. Suriyalı olduqları ehtimal edilən 3 nəfər həyatını xilas etmək mümkün olmayıb.  

Qeyd edək ki, bədəninin 20 faizi yanıq xəsarətləri alan ağır xəsarət alan şəxs müalicə üçün bölgədə Piroqov adına xəstəxanaya yerləşdirilib. Habelə, Sofiya və ətrafının əlverişsiz hava şəraiti ilə əlaqədar bir çox məntəqələrdə elektrik enerjisi müvəqqəti olaraq kəsilib. Yarım saat ərzində bölgədə 800-ə yaxın ildırım düşdüyü bildirilir.

Zərintac MAYİSQIZI
Missiya.Az


Baxış sayı: 109
  • 28-09-2022, 13:52