AZ   |   RU
“Biz NATO və bu ittifaqın bütün gücü ilə üz-üzəyik”- Dmitriy Peskov

"Biz səfərbərliyi zəruri edən NATO və ittifaqın bütün gücü ilə üz-üzəyik".

Missiya.Az
haberglobal.com-a istinadən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitriy Peskov Rusiyada elan edilən səfərbərliklə bağlı fikir bildirən zaman söyləyib.

Habelə, Kremlin sözçüsü: "Ukraynada müharibə olduğunu deyə bilmərik, hələ də xüsusi hərbi əməliyyat var. Hava limanlarımızda və quru sərhədlərimizdə kütləvi çıxışlar barədə xəbərlər şişirdilib"-deyə, əlavə edib.

Qeyd edək ki, Peskov Ukraynadakı əməliyyatın plana uyğun davam edib-etməməsi ilə bağlı məsələlərə də, toxunub.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 22-09-2022, 15:33