AZ   |   RU
Goranboyda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Goranboyun Veyisli kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, idarəetmədən çıxan avtomobilin ağaca çırpılması nəticəsində, 1991-ci il təvəllüdlü N.İsgəndərov və 2004-cü il təvəllüdlü K.Qarayeva xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

  • 27-09-2022, 21:00