AZ   |   RU
Azərbaycan gələn il 24 mlrd. kubmetrə yaxın qaz ixrac edəcək - PROQNOZ

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycandan 2032-ci ilə kimi təbii qaz ixracı üzrə proqnozunu açıqlayıb.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, 2022-2031-ci illər arasında Azərbaycanda qaz ixracı dalğavari dəyişəcək. Belə ki, 2022-2023-cü illər arasında olan intervalında qaz ixracı artacaq, 2025-cı ildən isə azalmağa başlayacaq, lakin 2030 ildən yenidən artıma doğru yönələcək.

Proqnoza əsasən, 2020-2031-ci illər arasında olan intervalı götürdükdə qaz ixracı üzrə ən yüksək göstərici – 23,9 mlrd. kubmetr, 2023-2024-cü illərdə qeydə alınacaq, ən aşağı göstərici isə - 13,8 mlrd. kubmetr, 2020-ci ilə payına düşür.

Azərbaycandan təbii qazın ixracı üzrə 2020-2031-ci illəri əhatə edən göstəricilər:

Azərbaycandan qaz ixracı – 2020-2025-ci illər
İndikatorlar202020212022202320242025
İxrac, mlrd. kubmetr13,819,323,523,923,923,6
Ötən il ilə müqayisə, %-lə29,839,322,11,50-1,1

Azərbaycandan qaz ixracı– 2026-2031-ci illər
İndikatorlar202620272028202920302031
İxrac, mlrd. kubmetr23,423,222,922,522,823,5
Ötən il ilə müqayisə, %-lə-0,9-0,9-1,4-1,413,4


  • 13-01-2023, 17:57