AZ   |   RU
Ronaldunun təqdimat mərasimini 3 milyard insan izləyib

Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubu ilə 2 illik müqavilə imzalayan Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun təqdimat mərasimini televiziya vasitəsilə təqribən 3 milyard insan izləyib.

Missiya.Az
xəbər verir ki, bu barədə portuqaliyalı insayder Pedru Sepulveda özünün sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, tədbiri 40-a yaxın telekanal canlı olaraq işıqlandırıb.

DÇ-2022-də Argentina və Fransa yığmaları arasında keçirilmiş final matçını 2 milyard insan izləyib. Həmin matçda qalib gələn Cənubi Amerika təmsilçisi tarixində 3-cü dəfə dünya çempionu olub.


  • 5-01-2023, 22:59