AZ   |   RU
Cüdonun yaranmasının 50 illik yubileyi ilə bağlı medallar təqdim olunub
Azərbaycanda cüdonun yaranmasının 50 illik yubileyi ilə bağlı yubiley medalları təqdim olunub

Missiya.Az
xəbər verir ki, Azərbaycan çempionatının final görüşlərindən əvvəl Azərbaycanda cüdo idman növünün yaranmasının 50 illik yubileyi münasibəti ilə cüdo ailəsinin üzvlərinə Azərbaycan Cüdo Federasiyası tərəfindən yubiley medalları təqdim edilib. 

Medal alanlar sırasında Azərbaycan Cüdo Federasiyasının əməkdaşları, əməkdar məşqçiləri, SSRİ idman ustaları və veteran idmançılar olub. Medallar ACF Prezidentinin müşaviri Natiq Bağırov tərəfindən təqdim olunub.

Baxış sayı: 151
  • 2-12-2022, 17:59