AZ   |   RU
Mirabdulla Abbasov: "Neftçi"yə qalib gəlmək istəyirik"

"Neftçi"yə qalib gəlmək istəyirik. Buna ehtiyacımız var. Qələbə üçün əlimizdən gələni etməyə hazırıq".

Missiya.Az
xəbər verir ki, bu sözləri "Səbail"in futbolçusu Mirabdulla Abbasov Azərbaycan Premyer Liqasının XV turunda "Neftçi"yə qarşı keçirəcəkləri oyun barədə klubun rəsmi saytına müsahibəsində deyib.

27 yaşlı hücumçu bildirib ki, ölkə kubokunun 1/8 finalında MOİK üzərində 4:0 hesablı qələbə komandaya yaxşı təsir edib: "Bu motivasiyya ilə çempionat matçına hazırlaşırıq. Ağır oyun olacaq. Bir o qədər də maraqlı olacağına şübhəm yoxdur. Hər iki komandada itkilər çoxdur. Ancaq hər iki tərəf meydana qələbə üçün çıxacaq".

Təcrübəli forvard Azərbaycan Kubokunda "Sabah"a qarşı keçirəcəkləri 1/4 final oyunlarına da toxunub: "Bizi daha çətin rəqib gözləyir. “Sabah” bu mövsüm uğurlu çıxışı ilə seçilən komandadır. Amma bu bizi qətiyyən qorxutmur. Əksinə, belə bir rəqiblə qarşılaşmağımız bizim üçün daha yaxşıdır. Bu tip komandalara qarşı daha fərqli ab-hava ilə oyuna çıxmalı olursan. Bu isə daha çox məsuliyyət cəlb edir. Səhv etmək şansın yoxdur. Hər birimiz bunun fərqindəyik".

Qeyd edək ki, noyabrın 27-də keçiriləcək "Neftçi" - "Səbail" matçı saat 16:00-da başlayacaq.


Baxış sayı: 114
  • 25-11-2022, 19:48