AZ   |   RU
"Qarabağ"ın kapitanı "İdman ustası" fəxri adına layiq görülüb
Azərbaycan milli komandasının və "Qarabağ"ın kapitanı Maksim Medvedev "İdman ustası" fəxri adına layiq görülüb.

Gənclər və İdman Nazirliyindən Missiya.Az-a verilən məlumata görə, 33 yaşlı müdafiəçiyə müvafiq vəsiqə və döş nişanını nazir Fərid Qayıbov təqdim edib.

Qeyd edək ki, təcrübəli oyunçu 2006-cı ildən "Qarabağ"da çıxış edir.


Baxış sayı: 111
  • 26-09-2022, 21:36